Media nümayəndələri arasında turnir keçirilir
Media nümayəndələri arasında turnir keçirilir
8 İyul 2019 13:13 Sosial"Azfar Group"un təşkilati dəstəyi, 4 çarx Təkər Mərkəzinin təşkilatçılığı, "Mammedoff Group"un baş sposorluğu, İrşad Elektroniksin sposorluğu ilə Jurnalistləri arasında mini-futbol üzrə "I Əkinçi Kuboku" turniri ilk mərhələsinin oyunları keçirilib. "OLAYLAR" xəbər verir ki, ötən gün ilk turun 4 oyun baş tutub. Turnir iki oyunla start götürüb. "İnternasional" - "Zborpress" və "İki Sahil" - "TreMiDaAz" ilə üz-üzə gəlib.
Digər 2 qarşılaşma isə saat 11:00-da başlayıb. "Yeni Müsavat" - "REAL TV", "İTV" - "APA" ilə münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, kubokun iki oyunu isə 9 iyulda keçiriləcək. "Bakı 2019" - " ARB TV" və "Idman Azərbaycan tv" - "Xəzər" oyunlar "Azfar Group"un stadionlarında keçiləcək. Diqqətinizə çatdıraq ki, oyunları AFFA-nın təyin etdiyi referləri idarə edir.