Hövsan yolunda ağır qəzada 5 nəfər xəsarət alıb
Hövsan yolunda ağır qəzada 5 nəfər xəsarət alıb
8 İyul 2019 12:35 SosialOlaylar.az xəbər verir ki, Hövsan yolunda baş verən ağır qəzada yaralananların kimliyi müəyyənləşib.
Qəza zamanı "Ford" markalı yük avtomobilinin sürücüsü 1982-ci il təvəllüdlü Babacanov Ramil Əli oğlu, sərnişin avtobusunun sürücüsü 1978-ci il təvəllüdlü Əliyev Rabil Alim oğlu və sərnişinlər 62 yaşlı Kazımov Fazil Mahmud oğlu, 39 yaşlı İsmayılov İsa Zahid oğlu və 1978-ci il təvəllüdlü Novruzova Bahar Fərəməz qızı xəsarət alıb.
Yaralılar təcili olaraq xəstəxanaya yerləşdirilib.
R.Babacanova döş qəfəsinin əziyi, F.Kazımova sağ əlin barmaqlarının sınığı, İ.İsmayılova sağ baldırın və sol qolun kəsilmiş yarası, R.Əliyevə döş qəfəsinin əziyi, B.Novruzovaya isə döş qəfəsinin əziyi diaqnozu qoyulub.
ria24