Mingəçevirdə mal-qara oğrusu ələ keçib

Mingəçevirdə mal-qara oğrusu ələ keçib

Mingəçevirdə mal-qara oğrusu saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,  iyulun 7-də Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edən bir neçə şəhər sakini onlara məxsus iribuynuzlu mal-qaranın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər. Daxil  olmuş müraciətlər əsasında ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 23 yaşlı Vüqar Mustafayev  saxlanılıb. Ətrafında aparılan araşdırmalarla onun ötən ayın 28-dən iyulun 5-dək olan müddətdə ayrı-ayrı şəxslərə məxsus 3 baş iribuynuzlu mal-qaranı oğurladığı aşkar olunub. Faktla bağlı ŞPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31