Millət vəkilləri bu həftə tətilə çıxacaqlar

Millət vəkilləri bu həftə tətilə çıxacaqlar

Bu həftə Milli Məclis (MM) öz işinə yekun vurur. "Olaylar" xəbər verir ki, iyulun 9-da və 12-də keçiriləcək plenar iclaslarla parlamentin növbədənkənar sessiyası başa çatacaq. İyulun 15-dən isə millət vəkilləri iki aylıq yay tətilinə-məzuniyyətə çıxacaqlar. Millət vəkilləri bir də sentyabrın 15-də tətildən qayıdacaq,  yenidən öz fəaliyyətlərinə davam edəcəklər. Oktyabrın 1-də  isə MM-in 2019-cu il payız sessiyası öz işinə başlayacaq.

Onu da qeyd edək ki, iyulun 9-da keçiriləcək plenar iclasın gündəliyinə 40-a yaxın məsələ salınıb.Bunlar "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombdsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi, İnzibati Prossesal Məcəllə, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə, Cinayət Prossesal Məcəlləsi, Cinayət Məcəlləsinə, o cümlədən,  "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında", "Bələdiyyələrin statusu haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Dövlət satınalmaları haqqında", "Dövlət rüsumu haqqında" qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələridir. Həmçinin, iclasda "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanuna,  Vergi Məcəlləsinə qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihələri və digər layihələr müzakirəyə çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31