Bakıda yataqxana binasında uçqun - VİDEO
Bakıda yataqxana binasında uçqun - VİDEO
6 İyul 2019 14:03 SosialBakının Nərimanov rayonu, Vladimir Mayakovski küçəsi, 9/8 ünvanında sökülən yataqxana binasında uçqun olub.
Olaylar.az bildirir ki, qəza anının əks olunduğu görüntülər oxu.az-ın redaksiyasına göndərilib.
Hadisə ötən gün axşam saatlarında olub. Xəsarət alan olmayıb.
Sakinlər bildirir ki, bina sökülən zaman təhlükəsizliyə tam riayət olunmayıb:
"Bina dağıldıqdan sonra ətraf lentlənib. Bir həftədir ki, kirayə mənzillərə köçmüşük. Nərimanov rayon İcra Hakimiyyətindən bizə bildiriblər ki, 18 ay sonra yeni mənzillə təmin olunacağıq".
İcra hakimiyyətindən sözügedən sayta bildirilib ki, bir neçə gündür qəzalı vəziyyətdə olan bina sökülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31