Kamil Zeynallı və Gülay AYRILDI? “Bundan sonra bizi...” - FOTO
Kamil Zeynallı və Gülay AYRILDI? “Bundan sonra bizi...” - FOTO
6 İyul 2019 12:54 Sosialİdmançı Kamil Zeynallının instaqramda son paylaşımları onun müğənni həyat yoldaşı Gülay Zeynallı ilə boşanma iddialarını yenidən gündəmə gətirib.
Olaylar.az xəbər verir ki, o, sosial şəbəkədə yeni aldığı iti ilə fotosunu paylaşaraq bu sözləri əlavə edib:
"Mika, xoş gəldin ailəmizə. Qızımın təzə iti gəldi, Maksa da "qaqaş" gəldi. Bundan sonra bizi 3 yox, 4 görəcəksiniz. Camaatın ailəsi uşaqlarla artır, bizdə itlərlə. Bunların qadasın alım".
İdmançının xoşbəxt ailə tablosunda həyat yoldaşına yer verməməsi diqqət çəkib və Gülayla münasibətlərinin soyuq olduğu şübhələrini gücləndirib.
Kamil daha sonra qızına olan məhəbbəti haqqında təsirli sözlər yazıb:
"Həmişə insanın gücü nəyəsə, kiməsə olan sevgidən irəli gəlir.... Mənim gücüm qızıma və itlərimə olan sevgidən irəli gəlir. Qızımı həmişə pis insanlardan, pis tanışlardan, pis ətrafdan qorumağım üçün güclü olmağım gərəkdir... Əsas Allah qorusun övladlarmızı inşallah, sonra biz".
Qeyd edək ki, cütlüyün Sahilə adlı 7 yaşında qız övladları var.
publika
