Avtomobil qaçıran uzaq gedə bilməyib
Avtomobil qaçıran uzaq gedə bilməyib
4 İyul 2019 13:48 SosialZərdab rayon sakininin avtomobilini qaçıran şəxs saxlanılıb. DİN-in Mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, "102-Zəng Mərkəzi" Xidmətinə müraciət edən Zərdab rayon sakini İ.Süleymanov iyulun 2-də "RAF-22031" markalı avtomobilinin qaçırıldığını bildirib. Dərhal Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə həmin avtomobil polis əməkdaşları tərəfindən müəyyən edilib. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Böyük Dəkkə kənd sakini P.Sultanov avtomobili idarə edərkən saxlanılıb. Avtomobil polis əməkdaşları tərəfindən sahibinə təhvil verilib. Faktla əlaqədar cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31