Növbədənkənar sessiyasının iclasının gündəliyi bəlli oldu

Növbədənkənar sessiyasının iclasının gündəliyi bəlli oldu

Azərbaycan parlamentinin növbədənkənar sessiyasının növbəti iclasları iyulun 9 və 12-də keçiriləcək. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, növbədənkənar sessiyanın iyulun 9-da keçiriləcək iclasının gündəliyinə 38 məsələ daxil edilib. "Bunlardan bir neçəsini diqqətinizə çatdırıram: "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili haqqında", "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanunlarına dəyişiklik edilməsi, "Konstitusiya qanunları" layihəsi haqqında məsələlərə baxılacaq. Bundan əlavə, İnzibati Prossesal Məcəllə, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə, Cinayət Prossesal Məcəlləsi, Cinayət Məcəlləsi haqqında qanunlara dəyişiklik edilməsi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Həmçinin "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında", "Bələdiyyələrin statusu haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Dövlət satınalmaları haqqında", "Dövlət rüsumu haqqında" qanunlara dəyişiklik edilməsi məsələləri də üçüncü oxunuşda müzakirə olunacaq. "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanununa dəyişiklik edilməsi, "Vergi Məcəlləsi haqqında" qanuna dəyişiklik edilməsi məsələsinin də üçüncü oxunuşda müzakirə edilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31