Bakıda maşın sürətlə parka girdi, sürücü tanınmaz hala düşdü – DƏHŞƏTLİ VİDEO

Bakıda maşın sürətlə parka girdi, sürücü tanınmaz hala düşdü – DƏHŞƏTLİ VİDEO

Bu gün səhər saatlarında Bakıda ağır qəza baş verib.

Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, hadisə Xəzər rayonu, Kənd qala qəsəbəsi yaxınlığında qeydə alınıb.

Belə ki, "Mercedes" markalı, 10 MG 342 nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən dörd yol yaxınlığında parka girib.

Nəticədə avtomobil bir neçə ağacı qırıb və ağacların arasında sıxılıb qalıb.

Maşının içində sürücü yaralı vəziyyətdə qalıb. Ətrafda olan insanlar yaralını maşından çıxarıblar və ilkin yardımdan sonra xəstəxanaya aparılıb.

Hadisənin görüntülərini təqdim edirik. Ürəyi zəif olanların videoya baxması məsləhət deyil.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31