Bakıda ərəblərlə azərbaycanlılar arasında dava ilə bağlı ARAŞDIRMA BAŞLANDI – RƏSMİ
Bakıda ərəblərlə azərbaycanlılar arasında dava ilə bağlı ARAŞDIRMA BAŞLANDI – RƏSMİ
4 İyul 2019 10:37 SosialBakıda ərəb turist ilə azərbaycanlı dava ilə bağlı araşdırmalara başlanılıb.
Olaylar.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından bildiriblər ki, hazırda hadisənin baş vermə səbəbləri və davaya səbəb olan şəxsin kimliyi araşdırılır.
Qeyd edək ki, Bakıda ərəb turist ilə azərbaycanlı dava salıb. Verilən məlumata görə, hadisə ticarət mərkəzlərinin birində qeydə alınıb.
Baş verən davanın videosunu redaksiyamızın "qaynar xətti"nə göndəriblər.
Videodan da göründüyü kimi ərəblə dava salan vətəndaşımızı mühafizə xidmətinin əməkdaşları ayıra bilməyiblər.
Sonradan əraziyə mühafizə polisi də cəlb olunub. Turistlər vətəndaşımızı söyüblər.
BAKU.WS
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31