Deputat: “Sadəcə, bir feyk xəbər ortaya buraxılıb”

Deputat: “Sadəcə, bir feyk xəbər ortaya buraxılıb”

"Hesab edirəm ki, sadəcə, bir feyk xəbər ortaya buraxılıb. Onun heç bir əsası yoxdur. Bildirirlər ki, guya növbəti dəfə növbədənkənar, fövqəladə sessiya çağırılıb. Hansı ki, növbədənkənar sessiya hələ başa çatmayıb və iyul ayında  daha iki yeni iclasımızın olması gözlənilir"."Olaylar" xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib: "Biz də bilirik ki, əvvəllər belə olmurdu, ilk dəfədir ki,  növbədənkənar sessiya iki ay davam edir. İş burasındadır ki, həmişə nəsə birinci dəfə olub, bu dəfə deputatlar hesab etdilər ki, bu gün qovluğumuzda müzakirə ediləcək  xeyli məsələlər var və u baxımdan, yay tətilində sessiyada iştirak etmək lazımdır. Bu ay keçiriləcək iki iclasda da hansısa bir qeyri-adi müzakirənin olması gözlənilmir. Bununla bağlı ortada yayılan hansısa bir tapşırıq, qadağa söhbətinin də heç bir əsası yoxdur. Parlament öz fəaliyyətini davam etdirir. Gələn ilin noyabr ayında Konstitusiyaya görə, növbəti parlament seçkiləri keçiriləcək və sentyabr ayından isə deputatlar payız sessiyasında öz fəaliyyətlərinə davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31