Firuzə İbadova qızının hicabı açmasından danışdı
Firuzə İbadova qızının hicabı açmasından danışdı
3 İyul 2019 16:10 SosialƏməkdar artist Firuzə İbadova qızı Hülyanın hicab bağlayıb, sonra açmasına aydınlıq gətirib.
Müğənni "Olduğu kimi" verilişində deyib ki, Hülya ziyarətə getdiyi üçün başını bağlayıbmış:
"Övladımın hicabla şəkli qoyuldu, söz-söhbət yarandı. Ziyarətə gedəndə əhd etdi ki, bir neçə ay hicab bağlayacam. Qızım da ziyarətdən gəldi və 40 gün hicabda qaldı.
Bir gün konsertə getdik, orada fotosun çəkdilər və yaydılar. Həmin vaxt hicabını açmışdı. Bu yaxınlarda da qızımın hicablı fotosun yayıb, yazdılar ki, başını açıb Avropaya getdi. Belə bir şey olmayıb".
Qeyd edək ki, Hülya ailə qurub və ayrılıb. Onun Hökümə adlı qız övladı var.

axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31