Gənc Liderlər Proqramı çərçivəsində növbəti görüş keçirilib

Gənc Liderlər Proqramı çərçivəsində növbəti görüş keçirilib

Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə həyata keçirdiyi "Heydər Əliyev siyasi məktəbini öyrənirik" Gənc Liderlər Proqramı çərçivəsində növbəti görüş təhsil naziri Ceyhun Bayramovla olub. "OLAYLAR" xəbər verir ki, görüş zamanı Heydər Əliyevin sovet dövrü və müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı, əhalinin savadlılıq səviyyəsinin artırılması istiqamətində gördüyü işlər rəqəmlər və faktlarla təqdim edilmişdir. Bundan başqa hazırda təhsilin qarşısında duran əsas vəzifələr və görülən işlər gənclərin diqqətinə çatdırıldı.

Sonra proqram iştirakçıları onları maraqlandıran mövzular üzrə suallar veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31