Oqtay Şirəliyev Yardımlıda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev Yardımlıda vətəndaşları qəbul edib
3 İyul 2019 13:56 SosialAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll istiqamətində tədbirlər görülür. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, 03/06/2019-cu il tarixində səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Yardımlı Rayon Mərkəzi Xəstəxanasında Masallı və Yardımlı rayon sakinlərini qəbul edib. Vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb.Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.