Bəzi rayonlara içməli su fasilə ilə veriləcək

Bəzi rayonlara içməli su fasilə ilə veriləcək

Ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında bulanıqlığın həddindən çox artması ilə əlaqədar Kür Sutəmizləyici Qurğularının fəaliyyətində müvəqqəti fasilə yaranıb. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsi yayıb. Bildirilib ki,  bununla əlaqədar Hacıqabul və Şirvan şəhərlərinə, Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31