AVRASİYA PAYTAXTLARININ YAZARLARI NUR-SULTANA YIĞIŞIR
3 İyul 2019 12:03 Sosial4-5 iyul tarixlərində qardaş Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində "Avrasiya paytaxtları Yazıçıları, Şair və Publisistlərinin I Xalqlararası Forumu" keçiriləcək. Forum iştirakçıları bu il "Dünya ədəbiyyatı: streotiplərdən arınmaq" ümumi mövzusu ətrafında fikir mübadiləsi aparacaq.
İyirmidən artıq ölkənin nümayəndəsi qatılacaq forumda Azərbaycanı ATATÜRK Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı təmsil edəcək.
İlk dəfə düzənlənən forum Qazaxıstan Yazıçılar Birliyi ilə Nur-Sultan şəhər hakimliyinin təşkilatçılığı, digər uyğunprofilli qurum və quruluşların dəstəyi ilə Qazaxıstan paytaxtındakı Milli Muzeydə keçiriləcək.
Dünya şöhrətli qazax şairi Oljas Süleymenov da forumun fəxri qonaqları sırasındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31