YAP Pirallahı rayon təşkilatının gəncləri orduya dəstək aksiyasına qoşuldu
YAP Pirallahı rayon təşkilatının gəncləri orduya dəstək aksiyasına qoşuldu
2 İyul 2019 22:43 SosialYeni Azərbaycan Partiyasının (YAP) Pirallahı rayon təşkilatının Gənclər Birliyinin fəalları baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun çağırışına qoşuldular. Partiyanın rayon təşkilatından Olaylar.az-a daxil olan məlumata görə, fəal partiya üzvləri orduya dəstək göstəriblər.
Qeyd edək ki, Əli Əhmədov sosial şəbəkə vasitəsilə işlədiyi qurumun mühasibatına özünün aylıq əmək haqqımın 50 faizinin Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi barədə müraciət edib. O, bu addımı ilə müharibə vəziyyətində, 1 milyon məcburi köçkünü olan Azərbaycanda xeyriyyə aksiyası keçirmək nümunəsi göstərdiyini bildirib. Həmçinin bildirilib ki, Yeni Azərbaycan Partiyası dəfələrlə belə aksiyalar keçirib. Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fondu vardır. Ən şərəfli, əhəmiyyətli və xeyirli xeyriyyə hərəkəti o olardı ki, Silahlı qüvvələrə yardım fonduna dəstək məqsədilə xeyriyyə aksiyası keçirilsin.