Aprel döyüşlərinin iştirakçısının dəfn xərcini Heydər Əliyev Fondu öz üzərinə götürdü
Aprel döyüşlərinin iştirakçısının dəfn xərcini Heydər Əliyev Fondu öz üzərinə götürdü
2 İyul 2019 17:19 Sosialİntihar etmiş Aprel döyüşlərinin iştirakçısı İmamverdi İsmayılovun dəfn xərcləri dövlət tərəfindən ödəniləcək.
Bu barədə Unikal.org-a açıqlamasında Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Kərimov məlumat verib.
O, bildirib ki, 1990-cı il təvəllüdlü İsmayılov İmamverdi Səxavət oğlunun yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Qeyd edək ki, iyunun 28-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qıcolma xəstəsi olan övladını xəstəxanaya gətirən ata - 1990-cı il təvəllüdlü İsmayılov İmamverdi Səxavət oğlu uşağın durumundan keçirdiyi narahatlığın psixoloji təsiri altında intihara cəhd edib. O, gözlənilmədən üzərinə benzin tökərək özünü yandırıb.Xəstəxanaya yerləşdirilən aprel döyüşçüsünün həyatını xilas etmək mümkün olmayıb.