5-ci mövsüm başa çatdı – T0Ps bütün məktəblərdə tətbiq olunacaq
5-ci mövsüm başa çatdı – T0Ps bütün məktəblərdə tətbiq olunacaq
2 İyul 2019 14:29 SosialAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında TOPs layihəsinin 5-ci mövsümünün bağlanış mərasimi keçirilib.
Olaylar.az xəbər verir ki, mərasimdə Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək bildirib ki,
"TOPs metodikası inklüziv təhsilin inkişaf etdirilməsinə də olduqca yaxşı zəmin yaradan tədris metodikasıdır. Layihənin əsas məqsədləri təlimlər vasitəsi ilə müəllimlərin bacarıqlarının artırmaqla dərslərinin inklüziv, fəal - interaktiv təlim vasitəsi ilə praktiki tədrisinə nail olmaqdır. Təlimlərdən keçən müəllimlərin sayı 2000 nəfər, layihədən yararlanan şagirdlərin sayı isə 240 000 minə yaxındır. Bu Proqramın növbəti tədris illərində Respublikamızın bütün ümumtəhsil məktəblərində tətbiq olunması nəzərdə tutulur".
ADBTİA- nın prorektoru Təhminə Tağızadə də çıxış edərək iştirakçılara TOPs layihəsi çərçivəsindəAkademiyanın Elmi Tədris laboratoriyasında aparılmış Elmi Tədqiqat işinin nəticələri ilə bağlı məlumat verib.
Layihə çərçivəsində müəllim fəaliyyətinin stimullaşdırılması üçün ötən 2017-2018-ci tədris ili üzrə elan
edilən müxtəlif nominasiyalı müsabiqələrin qalibləri təltif edilib.
1. "İbtidai siniflər üzrə ən yaxşı Açıq Dərs", müsabiqəsinin qalibi Şamaxı şəhər 2 saylı məktəbin ibtidai
sinif müəllimi -Tünzalə Bağırova.
2. "Fiziki tərbiyə üzrə ən yaxşı Açıq Dərs", müsabiqəsinin qalibi, Nizami rayonu 242 saylı məktəbin fiziki
tərbiyə müəllimi - Asəf Mehdiyev
3. "Ən yaxşı İdman Festivalı ", müsabiqəsinin qalibi Akademik Z. Əliyeva adına liseyin kollektivi
Layihə müddətində təlimlərdə iştirak edən hər bir müəllimin sertifikatlaşdırılması da həyata keçirilib.