Nəsimi rayonunda ötən ay 4 səyyar qəbul keçirilib

Nəsimi rayonunda ötən ay 4 səyyar qəbul keçirilib

2019-cu ilin iyun ayı ərzində Nəsimi rayonunda  4 səyyar qəbul keçirilib, 600-dən artıq sakinin iştirak etdiyi   qəbullarda 36 müraciət dinlənilib. Nəsimi Rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, qaldırılan  məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olmuşdur.

Görüşlərdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi və müavinətlərin artırılması ilə bağlı həyata keçirilən tədbirlər əhalinin sosial müdafiəsi istiqamətində görülən işlərin bariz nümunəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31