Şortik geyinən turist məşhur restorana buraxılmadı - Bakıda
Şortik geyinən turist məşhur restorana buraxılmadı - Bakıda
1 İyul 2019 13:58 SosialPaytaxtda yerləşən "Beerbaşa" restoranı şortikdə olan turisti içəri buraxmayıb.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Orxan Səfərli məlumat paylaşıb. Onun sözlərinə görə, restoranda dresscode tələbi var imiş. Buna baxmayaraq, pub-a belə bir tələbin qoyulmasının doğru olmadığı vurğulanaraq tənqid edilib.
Məsələ ilə bağlı restoranla əlaqə saxlanılıb. Bildirilib ki, restoranda dress kod tələbi var. Belə ki, bura idman şortikində giriş qadağandır. Bu tələb həm qadınlara, həm kişilərə, həm də azyaşlılara aiddir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31