"Diqlas" ticarət mərkəzi sökülür - Foto
Bakıda yanan "Diqlas" ticarət mərkəzinin sökülməsinə başlanıb.
1 İyul 2019 11:03 SosialBakıda yanan "Diqlas" ticarət mərkəzinin sökülməsinə başlanıb.
Artıq bir neçə gündür ki, ticarət mərkəzinin söküntüsü həyata keçirilir.
Ərazidə iş aparan şirkətdən APA-ya bildirilib ki, söküntü işləri sentyabr ayınadək yekunlaşacaq.
Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli "Diqlas" ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31