Azərbaycan Dillər Universitetində “Məzun günü”
Azərbaycan Dillər Universitetində (ADU) 2018/2019-cu tədris ilində universitetin bakalavr və magistratura pilləsində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirilib. Olaylar.az bildirir ki, tədbirdə ADU-nun rektoru, Xalq yazıçısı, AMEA-nın həqiqi üzvü Kamal Abdulla məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində böyük uğurlar arzulayıb. Bu gün məzunların həyatlarında ən əziz günlərdən biri olduğunu deyən rektor sevinclə yanaşı, kədər hissinin də olduğunu bildirib:
1 İyul 2019 10:17 SosialAzərbaycan Dillər Universitetində (ADU) 2018/2019-cu tədris ilində universitetin bakalavr və magistratura pilləsində təhsillərini başa vuran tələbələrin "Məzun günü" keçirilib.
Olaylar.az bildirir ki, tədbirdə ADU-nun rektoru, Xalq yazıçısı, AMEA-nın həqiqi üzvü Kamal Abdulla məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində böyük uğurlar arzulayıb. Bu gün məzunların həyatlarında ən əziz günlərdən biri olduğunu deyən rektor sevinclə yanaşı, kədər hissinin də olduğunu bildirib.
Valideynlər adından danışan ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı İbrahim Kazımbəyli həm universitetin əməkdaşı, həm də valideyn kimi universitet rəhbərliyinə formalaşdırdığı sağlam mühitə görə təşəkkürünü bildirib. O, məzunların universitetin, cəmiyyətin gələcək inkişafında xüsusi rol oynayacaqlarına inandığını söyləyib. İ.Kazımbəyli məzunlara həyatlarında uğurlar və cansağlığı arzulayıb.
Daha sonra universitet rəhbərliyi - Tədris işləri üzrə prorektor, professor Əfqan Abdullayev, Elmi işlər üzrə prorektor, dosent Sevinc Zeynalova, Filologiya və jurnalistika fakültəsinin dekanı professor Şahin Xəlilli, Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova məzunlara təbrik çıxışlarını ünvanlayıblar.
Məzunlar çıxış edərək ADU-nun məzunu olduqlarından böyük fəxr hissi yaşadıqlarını, oxuduqları illər ərzində yaşadıqları xatirələrindən söz açıblar. Məzunlar tələbəlik boyu əziyyət çəkən bütün müəllim kollektivinə təşəkkürlərini bildiriblər, məzun olan tələbə yoldaşlarını təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirdə universiteti yüksək göstəricilərlə bitirən məzunlara qırmızı diplomlar, ictimai işlərdə fəal iştirak etmiş və tədris sahəsində müvəffəqiyyət qazanmış tələbələrə "Fəxri məzun" diplomları təqdim olunub.