Bakı Şəhər İcra Hakimiyyətindən sakinlərə XƏBƏRDARLIQ
Bakı Şəhər İcra Hakimiyyətindən sakinlərə XƏBƏRDARLIQ
30 İyun 2019 17:34 SosialBakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə xəbərdarlıq edib.
Olaylar.az bildirir ki, Qurumun Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib ki, gecə davam edən güclü külək paytaxtın müxtəlif rayonlarında 10-a yaxın ağac sınaraq aşıb:
"Həmin ağaclar ərazidən götürülüb. İdarə gücləndirilmiş iş rejimdə çalışır. Güclü külək nəticəsində əyilərək qəzalı vəziyyətə düşən ağaclar qeydiyyata alınıb, təhlükənin aradan qaldırılması üçün işlər görülür. Sürücülərdən xahiş edirik ki, avtomobillərini hündür və irigövdəli ağacların altında park etməsinlər. Həmçinin sakinlərdən ehtiyatlı olmaları xahiş olunur, küləkli hava şəraiti ilə əlaqədar ağacların altından keçərkən diqqətli olmaları tövsiyə olunur.
Hazırda da güclü külək müşahidə olunur. Vətəndaşlardan xahiş olunur ki, aşan və ya qəzalı vəziyyətdə olan ağaclarla bağlı (+994 12) 570 73 30 nömrəli qaynar xəttə zəng edərək məlumat versinlər".