Azərbaycanlı dünya çempionunun həyatını xilas edə bilmədilər

MMA döyüş növü üzrə dünya və Avropa çempionu Fərhad Poladov "Koroğlu" metrostansiyasının yaxınlığında özünün idarə etdiyi "Niva" ilə ağır qəza törədib. 

Milli.Az xəbər verir ki, nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfi ilə hərəkətdə olan "Hyundai" markalı avtomobillə toqquşub.

Hadisə zamanı ağır xəsarət alan idmançı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və cərrahi əməliyyat edilib.

Xəstəxanadan Milli.Az-a verilən məlumata görə, Fərhad bu dəqiqələrdə dünyasını dəyişib.

Qeyd edək ki, F.Poladov 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb. F.Poladov habelə 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını da əldə edib.  

Dünya çempionumuzun Bakıda törətdiyi dəhşətli qəzadan görüntü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31