Ərdəbildə azərbaycanlı zəvvarları daşıyan avtobus yandı

Ərdəbildə azərbaycanlı zəvvarları daşıyan avtobus yandı

Azərbaycan zəvvarlarını daşıyan avtobus Ərdəbil əyalətində yanıb.

ONA-nın Tehran bürosu  xəbər verir ki, hadisə bu gün yerli vaxtla saat 17:00 radələrində Ərdəbil əyalətinin Sərçəm magistral yolunda 12-ci tuneldə baş verib.

Azərbaycandan İranın Məşhəd və Qum şəhərlərinə zəvvar aparan avtobusda yanğının başverməsi səbəbi açıqlanmayıb. Ərdəbil əyalətinin Təcili Tibbi Yardım Stansiyasının rəhbəri Məcid Məhəmməd Qəribani bildirib ki, yanğın zamanı sərnişinlərdən heç biri xəsarət almayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31