Hirkan Milli Parkında yanğın - FOTO
Hirkan Milli Parkında yanğın - FOTO
29 İyun 2019 17:44 Sosial28 iyun 2019-cu il tarixində ildırım vurması nəticəsində Hirkan Milli Parkının dağlıq ərazisində yanğın hadisəsi qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yanğın qısa müddətdə milli parkın əməkdaşlarının və yaxınlıqdakı Gəgiran kəndinin sakinlərinin köməyi ilə söndürülüb.
Ərazidə yalnız quru ot örtüyü yanıb, ağaclara ziyan dəyməyib. ETSN yanğının qarşısının alınmasında nazirliyin əməkdaşlarına kömək və dəstək göstərdiklərinə görə Gəgiran kəndinin sakinlərinə minnətdarlıq bildirir və vətəndaşlardan xahiş edir ki, təbiət ərazilərində olarkən odla ehtiyatlı davransınlar, yanğın təhlükəsizliyi qaydalarına riayət etsinlər.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31