Bakıda kafedə partlayış oldu

Bakıda kafedə partlayış oldu

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən kafedə partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən erilən məlumata görə, ümumi sahəsi 120 m² olan və kafe kimi fəaliyyət göstərən tikilinin mətbəxində həcmi 50 litr olan maye qaz balonunda yanğınla nəticələnən ani partlayış baş verib.

Yanğın nəticəsində mətbəxin yanar konstruksiyaları və içərisində olan əşyalar 30 m² sahədə yanıb. Yüksək temperaturdan tikilinin lambirindən ibarət tavanı 50 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31