Bəzi yerlərdə işıqlar sönüb - Mingəçevir SES-də qəza
29 İyun 2019 13:28 SosialMingəçevir Su Elektrik Stansiyasında tüstülənmə baş verib.
Bu barədə Mingəçevi sakinləri KİV-ə məlumat veriblər.
Hadisə nəticəsində bəzi yerlərdə işıqların söndürüldüyü qeyd edilir.
Hadisə barədə Fövqəladə Hallar Nazirliyilə əlaqə saxlanıb. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, stansiyada yaranmış problem aradan qaldırılıb.
"Xırda texniki hadisə olub. Heç bir ciddi müdaxiləyə ehtiyac olmayıb. Hadisənin qarşısı dərhal alınıb. Problem aradan qaldırılıb", - deyə məlumatda bildirilib. (Baku.ws)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31