Zaurdan TƏƏCCÜBLƏNDİRƏN ETİRAF: Məcburən onlarla söhbət edirəm
29 İyun 2019 10:15 Sosial"Mənlə eyni vaxta efirə çıxanlardan xalq artistimiz Azərindir. 35 ildir səhnədəyəm. Hələ ad da almamışam".
Bunu "5/5"də tez-tez efirlərdə görünməyi sevməyən Nurlan Əzizbəyli deyib.
Müğənninin bu açıqlaması verilişin aparıcısı Zaur Kamalı təəccübləndirib:
"Efirlərdə olmalısan ki, camaat yaddan çıxarmasın səni. Elə adamlar efirə çıxır ki, mənim gülməyim gəlir. Elə adamlar oxuyur, deyirəm "Ay Allah ...". Efirdə məcburən mən onlarla oturub söhbət edirəm, danışıram. Çünki, efirimiz 5 gündür. Efirə çağırmaq üçün samballı, səviyəlli müğənni azlıq təşkil edir. Amma sən çəkilmisən kənara. Sizdə də günah böyükdür. Çəkilmisiniz kənara, onlara imkan verirsiniz ki, gedin oxuyun".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31