Qazaxda güclü külək fəsadlar törətdi
29 İyun 2019 09:32 SosialQazax rayonunda yağışla müşayiət olunan güclü külək fəsadlar törədib.
Qazax şəhərində külək bir neçə ağacı aşırıb.
Onlardan bəziləri elektrik xətlərinin üzərinə düşdüyü üçün, elektrik enerjisi verilişində fasilələr yaranıb. Aşan ağaclardan biri avtomobilin üzərinə düşüb.
Məsələ ilə əlaqədar aidiyyəti qurumlar yaranmış problemlərin aradan qaldırılması istiqamətində işlərə başlayıb.
Hazırda rayon ərazisində hava şəraiti sabitdir (Report).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31