Bakı Biznes Universitetində “Məzun Günü”

Bakı Biznes Universitetində “Məzun Günü”

28 iyun 2019-cu il tarixində  Bakı Biznes Universitetində təntənəli şəkildə "Məzun Günü" qeyd olunub. Olaylar.az-a verilən məlumata görə, "Məzun - 2019" proqramı çərçivəsində tədbiri giriş sözü ilə Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov açmışdır. O, tələbə-məzunları, valideynləri, bu il magistraturaya qəbul olunan bakalavrları, əvvəlki illərdə Universiteti bitirmiş məzunları və qonaqları salamlamış, bu möhtəşəm bayram münasibətilə öz təbriklərini çatdırmışdır. Qeyd edilib  ki, bu il Bakı Biznes Universitetini bitirmiş 290 bakalavrdan 146-nı Biznes və Menecment fakultəsi,144 -nü isə İqtisadiyyat və İdarəetmə fakultəsi təşkil edir.Həmçinin 45 magistr  bu il məzun olmuşdur.

Eyni zamanda Universitetdə tələbə-məzunların əmək bazarına inteqrasiyası istiqamətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən "Karyerada ilk addım" devizi altında əmək yarmarkası təşkil edilmişdir.Yarmarkada  iştirak edən tələbələr və məzunlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Məşğulluq Xidməti tərəfindən  təqdim edilən iş yerləri ilə maraqlanmış, müvafiq sənədləri təqdim etmişlər. Yarmarkada Bakı Şəhərinin Rayonlarının Məşğulluq Mərkəzləri ilə əməkdaşlıq edən 50-yə yaxın müəssisədən 44-ü qeyri-dövlət, digərlərini isə  dövlət  müəssisələri təşkil edir.Ümumilikdə  tədbirdə iştirak edən müəsissələr tərəfindən  272-dən artıq boş iş yeri təqdim edilmişdir.Təqdim olunan boş iş yerlərinin 230-nu qeyri-dövlət müəssisələri, digərlərini isə dövlət müəssisələri təşkil edir.Təqdim olunan vakant iş yerlərində maksimum əmək haqqı-1200 manat, minumum əmək haqqı isə -180 manat təşkil edir.

Tədbirin bədii hissəsində Respublikamızın tanınmış incəsənət xadimlərinin və Bakı Biznes Universitetinin bədii özfəaliyyət kollektivi üzvlərinin iştirakı ilə möhtəşəm bayram  konsert proqramı olmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31