Lənkəran sakininin həyətində 67 ədəd çətənə kolu aşkar edilib
Lənkəran sakininin həyətində 67 ədəd çətənə kolu aşkar edilib
28 İyun 2019 15:54 SosialLənkəran rayon sakininin həyətyanı sahəsində və evində narkotik vasitə aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu Veravul kənd sakini E.Şahbazova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 67 ədəd çətənə kolu, yaşadığı evdən isə 290 qram marixuana aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31