DİN dəhşətli qəza haqda məlumat yaydı
DİN dəhşətli qəza haqda məlumat yaydı
28 İyun 2019 14:36 SosialDaxili İşlər Nazirliyi Biləsuvarda baş vermiş dəhşətli qəza barədə məlumat yayıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 27-də saat 14 radələrində Biləsuvar şəhəri ərazisində İsmətli kənd sakinləri - A.Məmmədovun idarə etdiyi "VAZ-21015" və Ş.Dövlətovun idarə etdiyi "Lada Priora" markalı avtomobillər toqquşub. Nəticədə A.Məmmədovun sərnişinlərindən həmkəndliləri - Şükufə Tağıyeva və Güllübəyim Hüseynova hadisə yerində ölüb, hər iki sürücü və 2 sərnişin xəstəxanaya yerləşdirilib. Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31