Qadınları radikal dini cərəyanların təsirlərindən necə qorumalı?

Qadınları radikal dini cərəyanların təsirlərindən necə qorumalı?

Xırdalan şəhərində "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili"layihəsi çərçivəsində "Radikal dini cərəyanlar: Qadınları onların təsirlərindən necə qorumalı?" mövzusunda ictimai müzakirə təşkil edilib.  "Olaylar" xəbər verir ki, İB-nin və layihənin rəhbəri Ülkər Abdullayeva radikal dini cərəyanlar, onların dünyadakı və ölkəmizdəki təsirlərindən bəhs edib: "Radikal dini şəbəkələrin əməllərindən ən çox əziyyət çəkənlər məhz qadınlardır. Onlar qadınlara qarşı aşırı dərəcədə sərt davranışlar nümayiş etdirir, onları kişilərin köləsi sayır, cinsi və digər cəhətlərdən istismar edir, işgəncələr verir, əsassız ittihamlarla yarğılayır, şikəst edir, insan alverinin qurbanına çevirir və qətlə yetirirlər. Bir çox hallarda qadınlar bu cərəyanların təlqin etdiyi xürufata inanır, onların insanlığa zidd aksiyalarının icraçısına və qurbanına çevrilirlər. Son illərdə Yaxın Şərq və Cənubi Asiyada, o cümlədən, qardaş Türkiyədə beyni yuyulmuş, mövhumat və xürufatla doldurulmuş  müsəlman qadınlardan canlı bomba kimi istifadə hallarının sayı artıb. Əl-Qaidə, İŞİD, Taliban və s. beynəlxalq terror şəbəkələri müxtəlif yollarla (təbliğat, maddi şirnikləndirmə, şantaj, təhdid və s.) öz sıralarına qadınları cəlb edir, onlardan öz mənfur əməllərini həyata keçirmək üçün istifadə edirlər".

O, son illərdə Yaxın Şərqdə, xüsusilə də Suriya və İraq ərazilərində gedən hərbi əməliyyatlara azərbaycanlıların, o cümlədən qadınların cəlb edildiyinin sirr olmadığını vurğulayıb. Qeyd edib ki, radikal dini şəbəkələrin üzvləri mütəşəkkil qaydada internet resurslarından, sosial şəbəkələrdən istifadə edərək öz ideoloji baxışlarını cəmiyyətə yeritməyə, zərif cinsin nümayəndələrini öz torlarına salmağa çalışırlar. Bəzən onların bu cəhdləri bəhrəsini verir. Respublikamızda nəinki radikal dindarların ailədəki qadınları öz əməllərinə alət etdiyi hallar var, eyni zamanda öz ailəsini, doğmalarını atıb radikal dini təşkilatlara qoşulan qadınlar da var. Radikallar bir çox hallarda qadınların maarifsizliyindən, cahilliyindən, maddi imkansızlığından istifadə edərək, onları dini xürufata sürükləyir, öz qlobal torlarına sala bilirlər. Qadın məsələləri üzrə ekspert Nərmin Şamilbəyli tədbir iştirakçılarına radikal dini qruplaşmalar, onların iş prinsipləri, qadınları necə öz qlobal torlarına saldıqları barədə ətraflı məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31