Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin açılışı keçirildi
Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin açılışı keçirildi
28 İyun 2019 12:27 SosialI Fəxri xiyabanda Azərbaycan teatrının görkəmli aktyoru, professional teatr rejissoru sənətimizin banisi Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin açılışı oldu.
Olaylar.az bildirir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri, professor, Xalq artisti Azər Paşa Nemətovun təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə vəfatından 100 il sonra Hüseyn Ərəblinskinin möhtəşəm qəbirüstü abidəsi hazırlandı.
Abidənin açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, ATXİ-nin sədri Azər Paşa Nemətov, paytaxt teatrlarının kollektivləri, teatrsevərlər iştirak etdilər.
Mərasimdə çıxış edən nazir Əbülfəs Qarayev bildiridi ki, bizim Fəxri xiyabana budəfəki gəlişimiz Azərbaycan teatrına, milli teatr tariximizə hörmət əlamətidir. Bu qədər insanın xiyabana toplaşması o deməkdir ki, teatr sənətinə böyük töhfələr vermiş şəxslər heç zaman unudulmur. Adı Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə yazılmış insanlardan biri olan Hüseyn Ərəblinskinin qətlindən 100 il keçir.
Daha sonra Xalq artisti Nurəddin Mehdixanlı, teatrşünas Dağlar Yusif çıxış etdilər.
Abidənin müəllifi, Xalq rəssamı Ömər Eldarov isə öz çıxışında etiraf etdi ki, hələ qırx il əvvəl Hüseyn Ərəblinskinin ömrünün son anlarını səhnədə təsvir edən abidəsinin maketini hazırlayıbmış, hətta bu maket onun əsərlərinin kataloquna daxil edilibmiş.