Ziyad Səmədzadə: “BOKT-lar zəifləyib”

Ziyad Səmədzadə: “BOKT-lar zəifləyib”

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Bank olmayan kredit təşkilatları (BOKT) haqqında" qanuna dəyişikliklər I oxunuşda müzakirəyə çıxarılıb."Olaylar" xəbər verir ki, müzakirələrdə çıxış edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son illər BOKT-lara nəzarətin zəiflədiyini bildirib: "Qanuna ediləcək dəyişiklikər bu sahədə nəzarətin gücləndirilməsinə, lazımi tədbirlərin çevik və effektli tətbiq olunmasəna, sağlam korporativ idarəetməyə malik BOKT-ların formalaşmasına imkan verəcək. Qanun layihəsində BOKT-ların inzibatçıları və təsisçiləri üçün vətəndaş qüsursuzluğu, inzibatçıların üçün isə attestasiya tələbi müəyyənləşdirilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31