Nazirlik metrohəssas insanları xəbardar edir

İyunun 28-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

İyunun 28-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya

Departamentindən Olaylar.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz olacaq, şimal-qərb küləyi gündüz cənub-

şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 33-

38,Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 750 mm civə

sütununa enəcək,nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh,

Zaqulba) şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi

gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu

26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 28-də əksər rayonlarda hava əsasən yağmursuz keçəcək,lakin

axşam saatlarında bəzi şimal və qərb rayonlarında yağış yağacağı

gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-

ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 23-28, gündüz 35-40, dağlarda gecə 13-18,

gündüz 23-28 dərəcə isti təşkil edəcək

Tibbi-meteoroloji proqnoz

Sabah Abşeron yarımadasında zəif gilavar küləyinin üstünlüyü,

günün bəzi saatlarında durğun hava şəraiti və isti temperatur diskomfortu

gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31