Əqrəb zəhəri bir çox xəstəliyi sağaldır - YENİ ARAŞDIRMA
"The Daily Mail" nəşriyyatı yeni tədqiqat barədə məlumat verib. Gəmiricilər üzərində aparılan təcrübə sübut edib ki, əqrəb zəhəri təhlükəli bakteriyaları məhv edir. Bu zaman isə dəridə toksik effekt buraxmır. Zəhərin tərkibində iki antibakterial birləşmə var.
27 İyun 2019 19:57 Sosial"The Daily Mail" nəşriyyatı yeni tədqiqat barədə məlumat verib.
Gəmiricilər üzərində aparılan təcrübə sübut edib ki, əqrəb zəhəri təhlükəli bakteriyaları məhv edir. Bu zaman isə dəridə toksik effekt buraxmır. Zəhərin tərkibində iki antibakterial birləşmə var.
Amma bunu əldə etmək üçün vaxt və güclü maliyyə dəstəyi lazımdır. Bundan başqa əqrəbdən hansı birləşməni almaq mümkün olduğunu araşdırmaq lazımdır. Buna görə də alimlər artıq dərman maddələrini sintezləşdirmək barədə danışırlar.
Birinci birləşmənin tərkibində oksigen, ikincinin tərkibində kükürd var. Birləşmələrdən biri qızılı stafilakoku asanlıqla məhv edib. Bu qızılı stafilakok dəri infeksiyasına səbəb olur.
İkinci birləşmə isə vərəmin yaranmasına səbəb olan bakteriyaları məhv edib.
ölkə.az