Fəzail Ağamalıdan təklif :"Sabiq deputatların pensiyası artırılsın"

Fəzail Ağamalıdan təklif :"Sabiq deputatların pensiyası artırılsın"

Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında pensiyada olan deputatların pensiyasının artırılmasını təklif edib. "Olaylar"ın xəbərinə görə, o deyib ki, sabiq deputatlar ona müraciət ünvanlayıblar: "Sabiq deputatlar mənə müraciət ediblər ki, Milli Məclisdə pensiya məsələsinə baxılsın. Onlar pensiyanın məbləğindən narazılıq edirlər".  Deputat dövlət qurumlarına müraciət edərək bu məsələyə baxılmasını xahiş edib.

MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə büdcədəki artımların deputatların pensiyalarına da şamil olunacağını nəzərə çatdırıb: Deputatların və dövlət qulluqçularının əmək haqqında olan fərq təqaüddə olan deputatların və dövlət qulluqçularının pensiyasında da əksini tapacaq. Fəzail Ağamalının qaldırdığı məsələ nəzərə alınıb. Büdcədə dəyişiklik nəticəsində bu məsələ də artıq həllini tapacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31