Məcburi köçkünlər gender mövzusunda maarifləndiriliblər

Məcburi köçkünlər gender mövzusunda maarifləndiriliblər

Füzuli rayonunda Sosial Tərəqqi İctimai Birliyi (STİB) tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi  "Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması" layihəsi çərçivəsində "Qadınlara Gender Əsaslı İqtisadi Dəstək" layihəsinin I komponentinin icrasına start verilib. "OLAYLAR"-a daxil olan məlumata görə, start verildiyi gündən 17 məcburi köçkün qəsəbələrində (11 Qayıdış qəsəbəsi, 1 Fin evləri qəsəbəsi və 5 Zobucuq qəsəbəsi)   2019-cu il may və iyun ayları ərzində "Gender maarifləndirilməsi, lobbiçilik və təbliğat" və "Gender əsaslı şiddət və insan hüquqları" mövzuları əsasında təlimlər təşkil edilib.

Həmçinin Füzuli rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə  "Gender mövzusunun liderlik və idarəetməyə cəlb edilməsi" mövzusundə təlim keçirilib.

Tədbirdə, BMT-nin İnkişaf Proqramının  layihə Köməkçisi Sənan Ağazadə və Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOB) Füzuli rayon üzrə nümayəndəsi Hafiz Sadıqov iştirak ediblər.

Gender bərabərliyi üzrə təlimlər qadınlara maliyyə cəhətdən daha müstəqil olmaq üçün texniki və maliyyə dəstəyi göstərilməsini nəzərdə tutan davamlı və uzunmüddətli bir prosesə daxil edilib.

Təlimlərin əsas məqsədləri iştirakçılara gender əsaslı anlayışları tanıtmaq, gender əsaslı zorakılıq və insan hüquqları, gender əsaslı zorakılığın insan hüquqlarının pozulması kimi aydınlaşdırmaq və s. olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31