Hərbi orkestrlərin çıxışları olacaq

Hərbi orkestrlərin çıxışları olacaq

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə bu gün saat 18:30-dan 20:30-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış edəcəklər. Bunlar Dənizkənarı Milli Parkda-Azadlıq meydanı qarşısında, Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə, Fəvvarələr meydanı, Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkı, Zərifə Əliyeva parkı v və Zabitlər parkıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31