Bakıda mağazanın tavanı müştərinin başına belə uçdu – VİDEO
Bakıda mağazanın tavanı müştərinin başına belə uçdu – VİDEO
24 İyun 2019 17:57 SosialBu gün saat 11 radələrində mobil telefonlar satılan mağazaların birində qəza baş verib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər. Verilən məlumata görə, 28 may küçəsində yerləşən mağazaların birinə müştəri daxil olub.
Müştəri telefonlara baxarkən qəfil mağazanın tavanı uçaraq müştərinin başına düşüb.
Xoşbəxtlikdən müştəri ciddi xəsarət almayıb.
Hadisənin baş verdiyi anı təqdim edirik.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31