“Heç kim bizə hədə-qorxu gələ bilməz!” - Azay Quliyev
“Heç kim bizə hədə-qorxu gələ bilməz!” - Azay Quliyev
24 İyun 2019 16:57 Sosial"Biz QHT-lərin istənilən layihəsini mətbuatda çap etməyə hazırıq".
Olaylar.az xəbər verir ki, bunu QHT Şurasının sədri Azay Quliyev bildirib.
O, qeyd edib ki, kimsə şantajla, hədə-qorxu ilə QHT Şurasıdan nəsə qopara bilməz.
"Bundansa, layihə yazmağı öyrənsinlər. Bəzən deyirlər ki, Şuranın əleyhinə yazacaqlar. Amma heç kim bizə hədə-qorxu gələ bilməz. Biz cənab Prezidentin qarşımıza qoyduğu vəzifələri yerinə yetiririk"-deyə A.Quliyev əlavə edib.
A.Quliyev Səlis elektron vətəndaş proqramı haqda jurnalistlərin də maarifləndirici materiallar hazırlamalarının vacib olduğunu da bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31