Azərbaycanda saytlara girişdə problem yarandı – Nazirlikdən AÇIQLAMA
Azərbaycanda saytlara girişdə problem yarandı – Nazirlikdən AÇIQLAMA
24 İyun 2019 16:53 SosialÖlkədə fəaliyyət göstərən bir neçə sayta girişlə bağlı məhdudiyyət yaranıb. Demək olar ki, saytlar açılmır.
Modern.az saytı məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb.
Nazirliyin mətbuat katibi Günel Gözəlova saytımıza açıqlamasında yaranmış problemi araşdırdıqlarını bildirib:
"Hazırda bir neçə sayta girişlə bağlı problem yarandığı deyilir. Nazirlik olaraq problemin səbəblərini araşdırırıq. Araşdırandan sonra məlumat verəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31