Nizami rayonunda baş vermiş yanğınla bağlı rəsmi açıqlama

Nizami rayonunda baş vermiş yanğınla bağlı rəsmi açıqlama

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 180 m² olan tikilinin (anbar kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisinə yığılan tikinti materialları, yaxınlıqdakı birmərtəbəli evin xarici divarına quraşdırılan kondisionerin mühərriki yanıb, yüksək temperaturdan plastikdən ibarət pəncərə çərçivəsi əriyib. "Olaylar" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31