“Güclü dövlətin güclü ordusu olmalıdır” adlı sərgi-müsabiqənin finalı keçirilib
“Güclü dövlətin güclü ordusu olmalıdır” adlı sərgi-müsabiqənin finalı keçirilib
24 İyun 2019 15:46 Sosialİyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş "Güclü dövlətin güclü ordusu olmalıdır" adlı respublika uşaq incəsənət məktəblərinin şagirdləri arasında plakat üslublu əsərlərdən ibarət sərgi-müsabiqənin final mərhələsi keçirildi.
Olaylar.az bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriliş final mərhələsi H.Aslanov adına Mərkəzi Zabitlər Evində baş tutdu. Finalda 5 şəhər və 10 rayondan 9 Regional Mədəniyyət İdarəsindən 167 şagird 258 əsərlə təmsil olunurdu.
Sərginin final tədbirində Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi Psixoloji Təminat İdarəsinin rəisi, Şəxsi Heyət Baş İdarəsinin rəis müavini, general-mayor Rasim Əliyev, Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdəmir, Xalq rəssamı Ağəli İbrahimov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev, direktor müavini Leyla Mehdiyeva, elmi katib Cavid Əliyev çıxış etdilər.
Daha sonra tədbir bədii hissə ilə davam etdirildi.

.jpg)