Sən demə, qarğıdalını səhv bişiririk - QAYDA
Sən demə, qarğıdalını səhv bişiririk - QAYDA
24 İyun 2019 12:22 SosialBugünədək qarğıdalını yanlış bişirdiyinizi bilirdinizmi?
Publika.az-ın təqdim edəcəyi reseptlə qaynatdığınız qarğıdalıların dadından doymayacaqsınız.
Bir neçə qızıl qaydaya əməl edərək qarğıdalını daha ləzzətli bişirin.
1. Qarğıdalıları bişirməzdən əvvəl 3-4 hissəyə bölün. Bu çox vacib şərtdir.
2. Hissələri bişirəcəyiniz qazana töküb, su ilə doldurun.
3. Su qaynayanda qazana 1 fincan süd və 1 x/q kərə yağı əlavə edin.
4. Qarğıdalını təxmini 10 dəqiqə də südlü, yağlı suda bişirib, ocaqdan götürün.
Bu qədər! Süd ətirli qarğıdalını ənənəvi qaydada duz səpərək yeyin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31