Azərbaycanda yeni TV və radio açıla bilər
Xalq artisti Emin Ağalarov ötən gün baş tutan “Jara-2019” musiqi festivalının “Pre-Party”sində media nümayəndələrinin suallarını cavablandırıb.
23 İyun 2019 16:22 SosialXalq artisti Emin Ağalarov ötən gün baş tutan "Jara-2019" musiqi festivalının "Pre-Party"sində media nümayəndələrinin suallarını cavablandırıb.
Sənətçi gələcəkdə Azərbaycanda "Jara" radiosu, həmçinin, "Jara TV" açmaq niyyətində olduğunu dilə gətirib.
Ağalarov bildirib ki, telekanal və radio yalnız Azərbaycan dilində fəaliyyət göstərəcək və "Jara" mükafatı məhz, yerli ulduzlara veriləcək.
Qeyd edək ki, "Jara" musiqi festivalı 25-28 iyul tarixlərində keçiriləcək. Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31