Tanınmış aparıcı ATV-dən getdi
23 İyun 2019 15:56 SosialTanınmış aparıcı Ceyhun Səfərov ATV kanalından ayrılıb.
Axar.az xəbər verir ki, dünən kanalın Xəbərlər departamentinin işciləri ilə yığıncaq keçirilib və ATV kanalının rəhbəri Azər Xəlilov jurnalistə təşəkkürnamə təqdim edib.
A.Xəlilov mühüm dövlət qurumlarından birinin Ceyhun Səfərovun xidmətlərinə ehtiyac duyduğunu bildirib.
Çıxışında Ceyhun Səfərov da ATV-də qazandığı bilik və bacarıqlarının bundan sonrakı işində rol oynayacağına əminliyini vurğulayıb.
Aparıcının hansı dövlət qurumunda işə düzəldiyi məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31